Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / Marketlərə müştəri axını: insanlar məsafə saxlamadan alış-veriş edirlər – FOTOLAR

Marketlərə müştəri axını: insanlar məsafə saxlamadan alış-veriş edirlər – FOTOLAR

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. 

Belə ki, apreli 5-i saat 00:00-dan 20 aprel saat 00:00-a qədər bəzi sahələrdə çalışanlar istisna olmaqla, vətəndaşlar gün ərzində mağazaya, aptekə, həkimə, yas yerinə getməsi üçün  nəzərdə tutulan nömrəyə (8103) SMS göndərib, müvafiq qaydada icazə almalıdırlar.

Musavat.com xəbər verir ki, bu xəbər yayıldıqdan sonra insanların marketlərə axını başlayıb. İri marketlərdə gün ərzində ciddi sıxlıq müşahidə edilib. İnsanlar bir-biriləri ilə ara məsafəsi belə saxlamadan alış-veriş edir, ciddi karantin günlərinə hazırlıq görürlər.

Marketdə olduğumuz zaman müşahidə etdik ki, girişdə qoyulan dezinfeksiya edici aparatdan da istifadə bir çox insanların yadına düşmür. İri supermarketlərdə hətta maskasız gəzənlər də var idi. Ancaq bəzi supermarketlərdə girişdə dayanan əməkdaş içəri keçənlərin temperaturunu yoxlayıb, əlinə dezinfeksiyaedici maye vururdu.

Supermarketlərdə artıq bəzi açıq məhsulların üzəri qapadılıb. Yaxud da onların qarşısına qoruyucu lent çəkilib və insanlar bu məhsullara yaxınlaşa bilmirlər. Məhsullara yalnız satıcılar toxunurlar. Lakin meyvə tərəvəz bölümündə vəziyyət fərqlidir. Bu hissəyə kim necə istədi yaxınlaşa bilir.

Marketdən insanlar daha çox un məmulatları, salfetlər və şəkər alırdılar.

Marketin administratorları bildirdilər ki, yerə işarələr qoyulsa da, vətəndaşlara tez-tez xəbərdarlıq edilsə də qaydaları pozurlar. Bildirildi ki, marketlərdə bu cür sıxlıq bu gün səhər saatlarından başlayıb.

Həmçinin oxuyun

“Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur” – Hande Harmancı

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu …