Şənbə , İyun 10 2023
Ana səhifə / Sosial / Mariya Zaxarova erməni jurnalisti məsxərəyə qoydu – VİDEO

Mariya Zaxarova erməni jurnalisti məsxərəyə qoydu – VİDEO

Rusiya XİN rəsmisi Mariya Zaxarovanın brifinqindən videoreportaj yayımlanıb. Həmin tədbirdə M.Zaxarova erməni jurnalistin sualına sarkazm dolu cavabı ilə yadda qalıb.

Virtualaz.org xəbər verir ki. fevralın 9-da keçirilmiş brifinqdə erməni jurnalist Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı Rusiya tərəfinin gördüyü tədbirlərlə maraqlanıb.

Zaxarova etiraf edib ki, suala cavab verməkdə çətinlik çəkir, sonra isə jurnalisti məsxərəyə qoyub: “Sevindirici haldır ki, Ermənistan KİV Rusiya-Azərbaycan münasibətlərinə belə qayğı ilə yanaşırlar”.

“Mövzu Rusiya tərəfinin nəzarətindədir”, – XİN rəsmisi bildirib.

“Lakin Ermənistan nümayəndəsi kimi sizə sağ olun deyirəm ki, bu mövzuya belə maraq göstərirsiniz. Sağ olun ki, Rusiya vətəndaşlarının taleyi barədə bizə xatırlatmalar edirsiniz”, – bu sözləri Zaxarova aşkar sarkazmla söyləyib.

Həmçinin oxuyun

Vətəndaşlar “Oba Market” ilə bağlı məhkəməyə müraciət etdi

Vətəndaşlar – Əzizəli Rəhimov və Məhəmməd Mirzəzadə “Oba Market” MMC ilə bağlı məhkəməyə müraciət edib. …

Bir cavab yazın