Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Manatlıq dönərin əti nədən hazırlanır? – VİDEO

Manatlıq dönərin əti nədən hazırlanır? – VİDEO

Bakıda bəzi yerlərdə dönər və ayran bir manata satılır. Əsasən metroların giriş-çıxışında bu qiymətə dönərlərə rast gəlmək mümkündür.
Maraqlıdır ki, toyuq ətinin kiloqramı 6-7 AZN, mal ətinin isə 14-15 AZN-ə olduğu təqdirdə dönərlər bu qədər ucuz qiymətə necə satılır? Nəzərə almaq lazımdır ki, ölkədə çörəyin qiyməti 70 qəpik, xiyarın kiloqramı 1,5-2,0 manat, pomidorun 2-3 manat arası, ayranın isə minimum 50 qəpikdir.

Bütün bunları özündə cəmləşdirən dönərin qiymətinin 1 manat olması təəccüb doğurur. Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev “ATV Xəbər”ə bildirib ki, heç bir şəxs keyfiyyətli məhsulunu ucuz qiymətə satmaz: “Bir çox hallarda bu ətlər ölmüş heyvanların ətləri olur”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …