Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Malena Mard Azərbaycan-Avropa Parlamenti əlaqələrinin bərpası haqda – ŞƏRH

Malena Mard Azərbaycan-Avropa Parlamenti əlaqələrinin bərpası haqda – ŞƏRH

“Şadam ki, dünən Azərbaycan Milli Məclisi Avronestə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərar qəbul etdi”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Diplomat bildirib ki, Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq bildiriblər.

“Avropa İttifaqı Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu, qanunvericilik müstəvisində də əks olunacaq”, – deyə xanım Mard qeyd edib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin dünənki iclasında Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edilib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın