Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Sosial / Mais Ağayev: “Bakıya yeni avtobuslar gətiriləcək”

Mais Ağayev: “Bakıya yeni avtobuslar gətiriləcək”

“Avtobus nəqliyyatı ilə sərnişinlərə yüksək keyfiyyət və təhlükəsizlik baxımından xidmət göstərilməsi hər zaman dövlətin diqqətindədir”. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib

“Bu məqsədlə son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişin avtobusu gətilərək sərnişinlərin istifadəsinə verilib. Bu işlərin davamı olaraq daha 300 ədəd nəqliyyat vasitəsinin alınması üçün işlər aparılır. Qarşıdakı aylarda həmin avtobuslar BNA tərəfindən alınaraq paytaxta gətiriləcək. Onlardan 280 ədədi 12 metrlik, 20-si isə 18 metrlik avtobuslardır. Qeyd edim ki Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən daşıyıcı şirkətlər tərəfindən avtobus parkının yenilənməsi istiqamətində də işlər aparılır”.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya minaaxtaranları 210 mina zərərsizləşdirdi – Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən …