Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Mahmudovun dəstəsindən daha bir general vəzifəsindən çıxarıldı

Mahmudovun dəstəsindən daha bir general vəzifəsindən çıxarıldı

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub. “Azadlıq” qəzetinin yazdığına görə, DTX rəisi Mədət Quliyev təxminən 10 gün əvvəl belə əmr imzalayıb.

M.Yaqubovun keçmiş MTN naziri Eldar Mahmudovun sinif yoldaşı və “kassalarından” biri olduğu haqda məlumatlar var. O, Eldar Mahmudovun nazirliyi dövründə kapitan rütbəsində bu vəzifəyə təyin olunmuş və 5 il sonra – 2013-cü ildə general-mayor rütbəsi almışdı.

Baxmayaraq ki, ixtisasca stomotoloq olan M.Yaqubov 50 yaşına kimi mülki sahədə çalışmışdı.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın