Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Mağazaların endirim kampaniyalarında saxtakarlıqlar çoxdur”

“Mağazaların endirim kampaniyalarında saxtakarlıqlar çoxdur”

“Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Ancaq endirimlər zamanı məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, aldadıcı endirim kampaniyaları ilə bağlı hər gün Azərbaycan İstehlakçılar Birliyinə telefon zəngi gəlir: “İstehlakçılardan bizə verilən məlumata görə, endirim kampaniyalarında saxtakarlıqlar çoxluq təşkil edir və istehlakçılar aldadılır. Nazirlər Kabinetinin qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. İstehsalçılar fürsətdən istifadə edib istehlakçıları “soyurlar””.

 

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …