Şənbə , Avqust 20 2022
Ana səhifə / Sosial / Mağazalardakı kassa çekləri TƏHLÜKƏLİDİR

Mağazalardakı kassa çekləri TƏHLÜKƏLİDİR

Bu gün çeklərin alternativi hələ yaranmayıb, ona görə də hər gün insanlar bu təhlükəli ixtiraya toxunmalı olurlar.

Lent.az xəbər verir ki, alimlər aydınlaşdırıblar ki, çeklərin təhlükəsi orqanizm üçün onların zəhərli olmasıdır.

Bu maddələr çox zəhərlidir. Çeki əlinizdə cəmi 5 saniyə saxlamaq kifayətdir, bu 1 mkq təhlükəli zəhərin dəriyə nüfuz etməsi üçün kifayət edəcək.

Əllər nəm və ya yaş olarsa, çekin özü islanarsa, doza dəfələrlə artacaq.

Bu istiqamətdə araşdırmalar davam edir, elm adamları bu zəhərin kiçik bir konsentrasiyasının belə sağlamlıq üçün təhlükəli olduğuna inanmağa meyllidirlər.

Maddə qadın cinsi hormonu estrogen ilə struktur oxşarlığına malikdir, bu, insanın beyninə və reproduktiv sisteminə mənfi təsir göstərir. Bundan əlavə, maddə onkoloji xəstəliklərə səbəb ola bilər.

Alimlər bisfenolun A-nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını istisna etmirlər.

Bir çox ölkələr bu maddə artıq təhlükəli kimyəvi maddələr siyahısına daxil edilib.

Həmçinin oxuyun

Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək.  Milli Hidrometeorologiya Xidmətindən …