Çərşənbə , Mart 3 2021
Ana səhifə / Sosial / “Maaş və pensiyalara yenidən baxılacaq” – AÇIQLAMA

“Maaş və pensiyalara yenidən baxılacaq” – AÇIQLAMA

“Büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqına, həmçinin pensiyalara yenidən baxılmalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yanacağın bahalaşmasının ərzaq məhsullarının qiymətinə təsirindən danışarkən bildirib.

V.Əhmədov qeyd edib ki, mütəmadi olaraq, bu istiqamətdə dövlət başçısı tərəfindən işlər həyata keçirilir:

“Amma indiki bahalaşma fonunda düşünürəm ki, maaş və pensiyalara yenidən baxılmalıdır. Çünki bahalaşma çox sürətlə gedir. Fevralın 1-dən yaz sessiyası öz işinə başlayır, hesab edirəm ki, parlamentdə də bu məsələyə baxılacaq”.

Parlamentarinin sözlərinə görə, benzin və dizelin bahalaşması fonunda bahalaşma gözlənilən idi:

“Məhsulların daşınması zamanı nəqliyyat xərcləri onun qiymətinə təsir edən amildir. Necə ola bilər ki, yanacaq bahalaşsın, amma mal-məhsul yox. Yanacağın qiyməti kənd təsərrüfatı məhsullarının qiymətinə də ciddi təsir edir. Amma monitorinqlər göstərir ki, bəzi məhsullar obyektiv səbəbdən bahalaşsa da, çoxu sui-istifadə nəticəsində bahalaşıb. Hətta bəzi məhsullarda bahalaşma 1-2 manat həcmindədir. Bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarəti gücləndirməlidir”.  /Modern.az

Həmçinin oxuyun

Dörd min dollar maaş alan azərbaycanlı müəllim – VİDEO

Ərəbistan yarımadasının cənubunda yerləşən Oman Sultanlığının Maskad şəhərində müəllimlərin maaşı ağıla gəlməyəcək dərəcədə yüksəkdir.Orada yaşayan …