Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Sosial / Maaş, pensiya, müavinət və təqaüdlər artırılır – VİDEO

Maaş, pensiya, müavinət və təqaüdlər artırılır – VİDEO

Gələn ildən Azərbaycanda maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər artırılır. Bu artımlar üçün dövlət büdcəsindən 1 milyard 441 min manat xərclənəcək. Sosial paketlə bağlı təfərrüatlara nəzər salaq.

Gələn ildən maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlər artırılır. Bu məqsədlə dövlət büdcəsindən 1,5 milyard manata yaxın vəsait  xərclənəcək.

Millət Vəkili Vüqar Bayramlı deyir ki, 2022-ci ilin dövlət büdcəsinin xərclərinin 40%-i sosial istiqamətə yönəldiləcək. Bu isə dövlət büdcəsindən ayrılan hər 100 manat üçün 40 manat deməkdir. Proqnozlara görə, gələn  ilin sonunda pensiyaların orta aylıq məbləği 343,17 manat təşkil  edəcək, minimum əməkhaqqı isə 250 manatdan 300 manata qaldırılacaq.

Vüqar Bayramlı  deyir ki, gələn ildən digər sosial proqramlardan dəstək alan vətəndaşların da gəlirlərində artımlar müşahidə olunacaq. Ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılır. Bu isə ünvanlı sosial yardımın həcminin artması deməkdir. Çünki, ünvanlı sosial yardımın məbləği hesablanan zaman ehtiyac meyarı ilə adambaşına düşən gəlir müqayisə olunur. 

Millət vəkili bildirib ki, sosial paket 2 milyondan artıq vətəndaşı əhatə edəcək.

Həmçinin oxuyun

Sabah yağmursuz hava olacaq – PROQNOZ

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Azinforum.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və …