Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Mənzillərin ölçülərinə dair yeni tələblər: “Layihələrin əksəriyyəti eybəcərdir”

Mənzillərin ölçülərinə dair yeni tələblər: “Layihələrin əksəriyyəti eybəcərdir”

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası, “Yaşayış binaları: Layihələndirmə normaları”nı təsdiq edib. Normativlərdə Azərbaycanda tikiləcək bir, iki və çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşib.

Normalara əsasən, mənzillərdə yaşayış otaqları və yardımçı sahələr: mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş) və tualet (və ya birləşdirilmiş sanitar qovşağı), yığnaq otağı (və ya divar təsərrüfat şkafı) nəzərdə tutulmalıdır.

Mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

– birotaqlı mənzildə ümumi otaq – 15 m²-dən;

– birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

– iki və daha çox otaqlı mənzillərdə ümumi otaq – 16 m²-dən;

– yataq otağı – 8 m² (iki adama – 10 m²-dən);

– mətbəx – 8 m²-dən;

– mətbəx-yemək otağında mətbəx zonası – 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol veriləcək. Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Bu normativlərin təsdiqi nəyi dəyişəcək?Elnur Azadov Elnur Azadov

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info saytına açıqlamasında bildirib ki, yaşayış binalarında otaqların ölçüləri ilə bağlı normativlər 80-ci illərdə tikilən binalarda öz əksini tapıb. Və yeni tələblər qoyulub ki, müasir inşa ediləcək binalar həmin tələblərə cavab verməlidir. Azadov bildirir ki, bu normativlərin qoyulmasına səbəb son 15 ildə tikinti şirkətlərinin özlərinə sərf edən şəkildə layihələndirmə işlər aparmasıdır: “Həmin layihələrin əksəriyyəti eybəcərdir. Biz buna şahid oluruq. Bəzi torpaq sahələrində layihələndirmə aparılan zaman tikinti şirkətləri otaqların kiçik olmasına çalışır. Bəzən yataq otaqları pəncərəsiz olur, bəzən mətbəx otaqlarında havalandırma sistemi, pəncərəsi olmur, otaqlar dar və uzun olur. Bəzən rastlaşırıq ki, otağın eni 3 metrdən az olur. Bu da normativlərə ziddir. Hündürlüyə gəldikdə isə, mənzillərin hündürlüyü 2,7 metr olmalıdır. Adətən 2,7 metr hündürlükdən aşağı bina layihələndirilmir”.

Yeni normativlərə görə, Azərbaycanda binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.

Tibb müəsəsisələrinin yaşayış binalarında və ya yaxınlığında yerləşməsinə gəldikdə isə, ekspert qeyd edir ki, tibb müəssisələri Səhiyyə Nazirliyi tərəfindən təyin edilmiş normativlər əsasında açılır. Arakəsmələrin olması, indivudal şəkildə havalandırma sisteminin olması, müəssisələrə giriş-çıxışın, yaşayış binasının giriş-çıxışı ilə müəyəyn məsafədə olması və s. bu kimi notmativlər vacibdir və bu da Səhiyyə Nazirliyi tərəfindən tələb edilir.

“Adətən klinikalarda olan radioloji şöbələrdə Rentgen, KT və maqnit rezonans aparatlarının şüalanma normaları olduğu üçün onlaı binaların zirzəmi hissəsində yerləşdirilir və qoruyucu örtüklə örtülür. Yəni layihələndirmə işlərində bundan sonra bütün normativlər tələb ediləcək”,– deyə Azadov bildirib. Onun sözlərinə görə, Azərbaycanda bir çox fərdi memarlıq şirkətləri bu normativlərdən xəbərsizdilər. Onlar yerin relyefinə uyğun layihə hazırlayırlar.

İlkin normativlərdən xəbərdar olub, sifarişçinin istəklərinə uyğun layihə çəkirlər. Gələcəkdə həmin obyekt geniş istifadə üçün layihələndirilir deyə xüsusi klinika və digər layihələrə çevrilməsi mümkün olmur və yaxud sərf etmir: “Bina tikilən zaman onun gələcək taleyi, MTK ya və ya memara məlum olmur. Dövlət çalışır ki, nəzarət mexanizmini gücləndirsin. Təəssüf olsun ki, bəzi klinikalar var ki, onlarda nöqsanlar var”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …