Ana səhifə / Sosial / Mənzil alarkən mütləq sənədlərə baxın… – VİDEO

Mənzil alarkən mütləq sənədlərə baxın… – VİDEO

Bəzən vətəndaşlar yataqxana tipli binalardan mənzil alırlar. Təbii ki, bu digər binalardakı mənzillərlə müqayisədə ucuz olur. Əmlak ekspertləri isə hesab edirlər ki, yataqxana tipli binalardakı mənzillər əmlak sahəsində ölü kapital kimi qiymətləndirilər. 

Ucuz qiymətə ev almaq istəyənlərin diqqətini tez-tez Bakıda yataqxana tipli binalarda satışa çıxarılan mənzillər cəlb edir. Bura həm sovet dövründən qalma ailə yataqxanaları, həm də tələbə yataqxanalarında olan mənzillər aiddir. Bəzi hallarda daşınmaz əmlakın elektron reyestrindən çıxarışı da olan bu mənzillərin alqı-satqısı problemli ola bilərmi? Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, sovet dövründən qalan ailə yataqxanalarındakı mənzilləri almaq o qədər də riskli deyil.

Ekspert deyir ki, həmin yataqxana tipli binalardakı mənzillərin ayrıca sanitar qovşaqları, yəni kiçik də olsa hamam, tualet və mətbəxi var. Elnur Fərzəliyevin sözlərinə görə, belə mənzillərin alışı zamanı mütləq sənədlərə baxmaq lazımdır. Əgər həqiqətən elektron çıxarışda onu satan şəxsə tam mülkiyyət verilibsə və bina aid olduğu müəssisənin balansından çıxıbsa, həmin mənzil vətəndaşın özəl mülkiyyəti sayılır. Əgər bu sadalananlar yoxdursa bu tip binalardan ev almaq olduqca risklidir. Bu da daha çox tələbə yataqxanalarına aiddir.

Ekspert deyir ki, Yasamal rayonu ərazisində köhnə 5 mərtəbəli binada iki otaqlı mənzil 75-80 min manat arasındadırsa, eyni ərazidə yataqxana tipli binalarda bu mənzillər 45-50 min manata satılır. Elnur Fərzəliyev deyir ki,  yataqxana tipli binalardakı mənzillər əmlak sahəsində ölü kapital kimi qiymətləndirilir. Çünki onların yenidən satışa çıxarılaraq pula çevirilməsi digər mənzillərdən daha çətin olur.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …