Ana səhifə / Sosial / “Mən o qədər ağılsızam ki…?” – Astan Şahverdiyev

“Mən o qədər ağılsızam ki…?” – Astan Şahverdiyev

Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada işləyən azərbaycanlıları təhqir etməsi haqda fikirlərə münasibət bildirib.

Deputat AzVision.az-a açıqlamasında fikirlərini düzgün çatdırmaığını, niyyətinin kimisə təhqir etmək olmadığını deyib.

“Dediyim sözlərdə Rusiyada və Avropada yaşayan bütün azərbaycanlıları nəzərdə tutmamışam. Həmçinin Rusiyada bazarda işləyənlərin hamısı elə deyil. Təəssüf edirəm ki, fikirlərim düzgün anlaşılmayıb. İstəməzdim belə olsun. Mən çıxışımda bütün azərbaycanlıları nəzərdə tutmamışam”.

Astan Şahverdiyev Rusiyada bir alimin azərbaycanlılarla bağlı çıxışını diqqətə çatdırıb: “Bu yaxınlarda Rusiyanın paytaxtı Moskvada konfransda idim. Tumendən gələn rus alimi dedi ki, “sizin adamlar bazar adamlarıdır”. Mən onun necə lazımdısa cavabını verdim. Amma Rusiya cəmiyyətində də belə fikirlər var. Azərbaycanın görkəmli ziyalıları Rusiyada, Avropa ölkələrində çalışırlar. Həmçinin orada bizim iş adamlarımız, sənət nümayəndələri də var. Mən o qədər ağılsızam ki, elə bir sözü hamının ünvanı deyim? Bu fikir həmin ölkələrdə özünü apara bilməyənlərə aiddir”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın