Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / “Mənə nə qadağa qoyula bilər ki?” – Aydın Abbasov

“Mənə nə qadağa qoyula bilər ki?” – Aydın Abbasov

“ Azinforum.az ” baş nazirin keçmiş müavini Abbas Abbasovun oğlu, millət vəkili Aydın Abbasovun “Yeni Müsavat”a verdiyi qısa müsahibəni təqdim edir:

– Aydın bəy, parlament seçkilərində iştirakınız, hansı dairədən qatılacağınız barədə qərar vermisinizmi? 

– İnşallah, seçki ilə bağlı qərar verilsin, ondan sonra bu barədə danışarıq.

– Yəni prezident sərəncamını gözləyirsiniz?

– Bəli.

– Adətən hakim partiya güzəştə getdiyi şəxslərə alternativ olaraq eyni dairədən vazkeçilməz rəqib göndərmir. Bu mənada YAP-ın münasibəti sizə bəllidirmi? 

– Mən ilk dəfədir bunu sizdən eşidirəm.

 – Seçki ilə bağlı qərar versəniz öz dairənizi seçəcəksiniz, yoxsa…

– Çox güman ki. İnşallah seçkiyə start verilsin, ondan sonra qərar verərik.

– AŞ PA-dan gələn nümayəndə heyətinin parlamentdə qarşılanması zamanı siz də Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edirdiniz. 

– Bəli.

– Bəzən mətbuat yazılarında iddia olunur ki, sizə qarşı qadağalar var, fəaliyyətiniz məhdudlaşdırılıb, yaxud atanıza görə sizə təzyiqlər var… 

– Deyilənlərlə konkret məsələlər üst-üstə düşmür. Mən Avropa Şurası nümayəndə heyətinin üzvüyəm, mənə nə qadağa qoyula bilər ki?

– Seçkilərə qatılası olsanız namizədliyinizi fərdi qaydada irəli sürəcəksiniz? 

– Mənim namizədliyim iki çağırışda təşəbbüs qrupu tərəfindən irəli sürülüb. İnşallah, seçicilərim lazım bilərlərsə, yenə də mənim namizədliyimi irəli sürərlər. Amma bu məsələ ilə bağlı heç bir təşəbbüs yoxdur. Təşəbbüs qrupu yaranarsa, seçicilərim mənim deputat seçilməyimi istəyərlərsə, Allahın köməkliyi ilə bu, belə olar. Olmazsa da, bizdən daha layiqli, daha gənc, təcrübəli insanlar seçilə bilər, bu, problem deyil ki…

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın