Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Məmurların maşın və arvad kolleksiyalarını…” – Hafiz Hacıyev

“Məmurların maşın və arvad kolleksiyalarını…” – Hafiz Hacıyev

“Məmur övladlarının milyonluq maşın kolleksiyaları, arvadlarının və saxladıqları qadınların boynundakı, sinəsindəki brilyantlar hansı pullarla alınıb?”

Son günlər məmur övladlarının həddini aşması hallarına tez-tez rast gəlinir. Belələləri atalarının dövlət büdcəsindən oğurladığı milyonlar hesabına aldıqları “Gelandewagen”ləri, “Lamborghini” və ya “MacLaren”ləri hamının gözünə soxmaqdan belə çəkinmirlər. Üstəlik Bakının yollarında saatda 220 kilomer saatla şütüdüklərini hamıya sübut etmək üçün “spidometr”in göstəricisini də çəkib sosial şəbəkələrdə yayırlar. Məsələn, onlardan biri – bir ailənin iki üzvünün öldürən, üç üzvünü ağır yaralayan “Gelandewagen”in sürücüsü isə Xəzər Dəniz Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu 1976-cı il təvəllüdlü Xalid Mədətovdur. Qəzadan sonra o və yanındakılar “Gelandewagen”in dövlət nömrə nişanını (90 FE 007) açaraq aradan çıxıblar.

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin də adı mətbuatın dilindən düşmür. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Bir müddət əvvəl Bakının ən məşhur restoranlarından birində onun ofisiantı döyməsi, «Bentley», «Land Rover», «Mercedes S class», «Mercedes Galendevagen» və sair bahalı maşınlar ibarət avtobomil kolleksiyası və s mövzularda barəsində mətbuatda yazılanları buna misal gətirmək olar.

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu cür qudurğan məmur övladları haqda danışıb və onlara qəti xəbərdarlıq edib. Prezident belələrinə görə məsuliyyəti atalarının daşıyacağını və onların işdən çıxarılacaqlarını, sərt cəzalanacaqlarını deyib.

Müasir Müsavat Partiyasın sədri Hafiz Hacıyev Sfera.az saytına həddini aşan məmurlar və övladları barədə ekskluziv açıqlama verib. Partiya sədri bizimlə söhbətində maraqlı məqamlara toxunaraq deyib: “Dəfələrlə cənab Prezident deyib ki, qudurğan övladlarınızın, arvadlarınızın davranışına nəzarət edin. Bu məmurların dövlət büdcəsindən indiyə kimi oğurladıqları vəsaitlər əllərindən alınıb dövlətin nəzarətinə keçirilməlidir. Məsələn, Rabitə və Texnologiyalar nazirliyinin aparat rəhbərinin 32 milyonluq əmlakını dövlətin balansına keçirmək istəyirlər. Mən bu addımı alqışlayıram. Digər büdcə talayan məmurlara da bu metod tətbiq olunmalıdır. Bu məmurların maşın və arvad kolleksiyaları, saxladığı qadınların adlarına ölkədə və xaricdə aldıqları mal-mülk, bir sözlə, hamısı müsadirə olunmalıdır. Məmurların hamısının fəaliyyəti ciddi yoxlanılmalıdır ki, onların hansı yolla bu qədər əmlaka sahib olması araşdırılıb barələrində cəza tədbirləri həyata keçirilsin. Onlardan soruşulmalıdır ki, özlərinin, övladlarının milyonluq maşın kolleksiyaları, arvadlarının və saxladıqları qadınların boynundakı, sinəsindəki brilyantlar hansı pullarla alınıb. Baxmayaraq ki, aldıqları maaş 1700 manatdan çox deyil. Hər şeyin hesabatını verməlidirlər. Həmçinin elə məmurlar həbs olunsa, əmlakları əllərindən alınsa, digər harın məmurlara dərs olar. Onda Azərbaycan xalqı görəcək ki, onların əmlakını talayanların aqibəti pis olacaq. Mən problemin həllini bu cür görürəm. Əgər belə olsa, nazirlər özləri istefa verəcəklər ki, biz nə qazanırıq, bu maaş bizə çatmır. İndi onlar vəzifədən ona görə belə möhkəm yapışıblar ki, orda rüşvətlə var-dövlət qazanırlar. Bəlkə onlar cəzalansalar, istefa mədəniyyəti də formalaşar və yerlərini gənc kadrlara verərlər”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın