Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Məktəblərdə təhsilin forması ilə bağlı düzgün qərarı necə vermək olar?

Məktəblərdə təhsilin forması ilə bağlı düzgün qərarı necə vermək olar?

“Məktəblərdə təhsilin hansı formada təşkili ilə bağlı düzgün qərarı yalnız Operativ Qərargahın məlumatı əsasında deyil, həm də Təhsil Nazirliyinin apardığı monitorinqin nəticələri əsasında qəbul etmək doğru olardı”.
Qaynarinfo xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məktəblərin onlayın formada fəaliyyət göstərəcəyi ilə bağlı fikirləri şərh edərkən deyib.
Osman Gündüz deyib ki, məktəblərin açılması və ya tədrisin hansı formada təşkili ilə bağlı ən düzgün və optimal qərarı monitorinqin nəticələrindən sonra qəbul etmək olar:

“Güman ki, TN-nin hazırda təhsil müəssisələrində apardığı monitorinqin nəticələri əsasında aşağıdakı sualların cavabı ilə bağlı məlumat bazası formalaşıb:
1. Neçə şagirdin (tələbənin) kompüteri yoxdur?2. Neçə şagirdin (tələbənin) normal internet bağlantısı yoxdur?3. Neçə müəllimin kompüteri yoxdur?4. Neçə müəllimin normal internet yoxdur?5. Hazırkı şəraitdə keyfiyyətli internet infrastukturu olmayan yaşayış məntəqələrinin sayı nə qədərdir və hansılardır?6. TN-nin testdən keçirdiyi, dayanıqlı fəaliyyət göstərə biləcək neçə virtual təhsil platfroması var ?7. TN-nin bazasında siniflər üzrə neçə rəqəmsal resurs, video dərslər, elektron dərslər var?8. Neçə müəllim distant təlimlər üzrə sertifikata malikdir?9. Neçə müəllimi kompüterlə və internetlə təmin etmək mümkün olacaq?10. Neçə şagirdi kompüter və internetlə təmin etmək mümkün olacaq?
Düşünürəm ki, yalnız bu sualların cavabı əsasında təhsilin təşkili forması ilə bağlı daha doğru qərar qəbul etmək mümkün olardı”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …