Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Məktəbdə tualetin olmadığını ictimailəşdirən müəllim: “Məni cinayətkar elan edəcəklər”

Məktəbdə tualetin olmadığını ictimailəşdirən müəllim: “Məni cinayətkar elan edəcəklər”

Sosial şəbəkələrdə işlədiyi İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd orta məktəbində olan tualet problemini ictimailəşdirən müəllim Leyla Nəcəfquliyevanın yeni videomüraciəti yayılıb.
Müəllim dəstəkçilərinə müraciət edərək onunla bağlı paylaşımlara ara verilməsini xahiş edib.
“Çox xahiş edirəm, aksiyanı dayandırın. Dayandırmasanız, birazdan məni cinayətkar, yalançı, saxtakar, müəllim adına layiq olmayan biri elan edəcəklər. Hamınız məni pisləməyə başlayın. Övladlarım yazıqdır. Mən özümdən qorxmuram, artıq özümü saxlaya bilmirəm. Mən indi məktəbə necə gedəcəm? Bilmirəm. Yazın ki, Leyla müəllimə işdən azad edilsin”, – L.Nəcəfquliyeva bildirib.
Müəllimənin gözyaşları içərisində paylaşdığı görüntülər sosial şəbəkələrdə qısa müddət ərzində sürətlə yayılıb və əsas müzakirə mövzusuna çevrilib.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …