Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Məişət zorakılığı nəticəsində 41 qadın öldürülüb

Məişət zorakılığı nəticəsində 41 qadın öldürülüb

2017-ci ildə Azərbaycanda məişət zorakılığından əziyyət çəkən şəxslərin sayı 1268 nəfər olub.

Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məişət zorakılığı cinayətləri nəticəsində 60 nəfər ölüb.

Məlumatda bildirilib ki, ötən il məişət zorakılığından əziyyət çəkənlərdən 964 nəfəri qadın olub. Onlardan 41 nəfəri öldürülüb. Zərərçəkmişlərdən 304 nəfəri kişi olub ki, onlardan da 19 nəfəri ölüb.

Zərərçəkənlər arasında yetkinlik yaşına çatmayan 17 nəfər qeydə alınıb. Onların isə 6-sı ölüb.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …