Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Məhkəmə AXCP Ali Məclisinin üzvünü işinə bərpa etdi – QƏRAR

Məhkəmə AXCP Ali Məclisinin üzvünü işinə bərpa etdi – QƏRAR

Bu gün Sabirabad Rayon Məhkəməsində hakim Malik Qarayevin sədrliyi ilə keçirilən prosesdə rayonun Türkədi kənd orta məktəbinin müəllimi Sahib Rüstəmlinin işə bərpa olunması barədə qətnamə çıxarılıb.

Bu barədə məlumatı “Virtualaz.org” saytının Şirvan bürosuna Sahib Rüstəmli özü verib.

Xatırladaq ki, Sahib Rüstəmli AXCP veteranı, həm də partiya Ali Məclisinin Sabirabad rayon şöbəsini təmsil edən üzvüdür. O ötən il oktyabrın 14-də fizika müəllimi işlədiyi Türkədi kənd orta məktəbindəki işindən əmək intizamını pozduğu əsas gətirilərək azad olunmuşdu. S.Rüstəmli isə işdən çıxarılmasını əsassız sayaraq Sabirabad Rayon Məhkəməsinə işə bərpa olunması iddiası ilə müraciət etmişdi.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın