Ana səhifə / Sosial / Mədət Quliyevi kim əvəzləyəcək? – İki şanslı namizədin adı hallanır

Mədət Quliyevi kim əvəzləyəcək? – İki şanslı namizədin adı hallanır

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mədət Quliyevdən boşalan rəis vəzifəsinə iki namizəd var.

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, namizədlərdən biri 1 saylı Bakı Istintaq Təcridxanasının rəisi Azər Seyidov, digəri isə Penitensiar Xidmətin rəis müavi Hüseyn Əlixanovdur. Məlumata görə, Azər Seyidov Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədova yaxın şəxsdir.

Hüseyn Əlixanov isə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qudadır. Lakin mənbə bildirir ki, istənilən halda bu məsələdə ədliyyə naziri Fikrət Məmmədovun rəyi nəzərə alınacaq.

Xatırladaq ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

mia.az

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın