Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Mədət Quliyevdən təhlükəsizlik açıqlaması…

Mədət Quliyevdən təhlükəsizlik açıqlaması…

Minskdə keçirilmiş iclasımızdan, eləcə də bu ilin iyul ayında Sankt-Peterburqda baş tutmuş xarici dövlətlərin təhlükəsizlik və hüquq mühafizə orqanlarının xüsusi xidmət rəhbərlərinin 15-ci iclasından nisbətən qısa zaman keçib. Bu müddətdə dünyada və bizim ölkələrdə əməliyyat mühitinin xarakterinə müəyyən təsir göstərən hadisələr baş verib, birgə müzakirə tələb edən çağırış və təhdidlərin yeni elementləri və onların həlli üçün ümumi yanaşmalar müəyyən olunub.

Bu sözləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri Şurasının 41-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, iclas zamanı MDB məkanında təhlükəsizliyin təmin edilməsinin geniş spektoru, o cümlədən terrorçuluq və dini ekstremizm, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunacaq.(Report)

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın