Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Mədət Quliyev Zəlimxan Məmmədlinin qəbul edib – Səbəb

Mədət Quliyev Zəlimxan Məmmədlinin qəbul edib – Səbəb

“Borçalı” İctimai Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli  Milli Təhlükəsizlik nazirinin birinci müavini cənab Mədət Quliyevlə görüşüb.
Cəmiyyətin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bu gün Milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyev “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini qəbul edib. Qəbulda Zəlimxan Məmmədlinin üzləşdiyi problemlər müzakirə olunub:
Görüş Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarı və bu qərarın qəbulunda Azərbaycan əlinin olması haqqında qeyri-dəqiq məlumatlar və milli təhlükəsizliyimizlə bağlı digər məsələlərin aydınlaşdırılması xahişi ilə rəsmi müraciətindən sonra baş tutmuşdur. Qaldırılan problemlərlə bağlı Nazir operativ olaraq müvafiq strukturlara tapşırıqlar verib”. 
Məlumatda Zəlimxan Məmmədlinin Gürcüstana girişinin yasaqlanması da müzakirə edilib:
“Nazir əvəzi məni çox səmimi qəbul edərək dinlədi. Qaldırılan məsələlərə anlayışla yanaşdı. MTN-nin əvvəlki rəhbərliyində təmsil olan insanların məsuliyyətsizliyi ucbatından yaranmış problemlərin, o cümlədən mənim haqqımda Gürcüstana giriş yasağı qərarının araşdırılması və hüququmun təmin olunası istiqamətində səlahiyyətləri çərçivəsində araşdırma aparıb, müvafiq addımlar atılacağını bildirdi. Cənab Nazir əvəzinin bu operativliyi və səmimiliyi deməyə əsas verdi ki, Milli Təhlükəsizlik orqanlarının son dövrlər zədələnmiş nüfuzu ən yaxın zamanda tam bərpa oluna bilər”. 

 

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın