Ana səhifə / Sosial / “Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki…” – Fazil Mustafa

“Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki…” – Fazil Mustafa

“Ötən il nazirliklərin binasının təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik”.
Moderator.az  xəbər verir ki, bunu deputat Fazil Mustafa parlament hökumətin hesabatına münasibət bildirərkən deyib. O vurğulayıb ki, bu gün hərbçilərin evində belə məcburi köçkünlər yaşayır: “Biz müharibə şəraitində yaşayan ölkəyik. Məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbçilərimizin də mənzil problem həll edilsin”.
F. Mustafa təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib: “Bu iki sosial sahə arasında fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə və yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilsin.
Həmçinin deyə bilərəm ki, bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …