Ana səhifə / Sosial / Məcburi köçkünlər prezidenti qarşılamağa hazırdır – 3 yeni binanın açılışı olacaq

Məcburi köçkünlər prezidenti qarşılamağa hazırdır – 3 yeni binanın açılışı olacaq

Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində inşa edilmiş 3 yeni binanın rəsmi açılış mərasimi olacaq.
Moderator.az xəbər verir ki, açılış mərasiminin təşkili üçün dünəndən başlayan hazırlıq işləri artıq başa çatıb. Açılış mərasiminin bu gün keçiriləcəyi, dövlət başçısı İlham Əliyevin mərasimdə iştirak edəcəyi gözlənilir.
Xatırladaq ki, Masazır qəsəbəsindəki məcburi köçkün şəhərciyində 3 yeni beşmərtəbəli binanın inşasına bu ilin iyununda başlanmışdı. Binalardan ikisi 80, biri isə 50 mənzillidir. 210 məcburi köçkün ailəsinin məskunlaşacağı 3 binanın istilik sistemi ilə təchizatı üçün yeni qazanxana da tikilib. Bu binalara Bakı şəhəri və ətraf ərazilərdə qəzalı vəziyyətdə olan binalarda yaşayan məcburi köçkünlərin köçürülməsi planlaşdırılır.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …