Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Sosial / “Məsti xumar”la gündəm olan müəllim danışdı: “Əslində, bu…” – Video

“Məsti xumar”la gündəm olan müəllim danışdı: “Əslində, bu…” – Video

Bir müddət əvvəl sinif otağında rəqs etməsi ilə sosial şəbəkədə müzakirə mövzusuna çevrilən müəllim “Xəzər Xəbər”ə müsahibə verib.

O, hadisənin təffərrüatlarını danışıb və əslində heç də hər şeyin göründüyü kimi olmadığını bildirib.

Paytaxtın Qaradağ rayonunda yerləşən 184 nömrəli orta məktəbin müəllimi Gülsüm Biləndərli bu görüntülərlə sosial mediada müzakirə obyektinə çevrilmişdi.

Müəllimin rəqs etməsini yorğunluğu çıxarmaq üçün pozitiv addım kimi bəyənənlər olsa da, bir çoxları bu davranışı tənqid etmişdi.

Gülsüm Biləndərli bildirir ki, bu hadisə 28 yanvar tarixində olub və həmin videonu ictimailəşdirmək üçün çəkməyib. Görüntünü sosial şəbəkələrdə yayan isə onun iş yoldaşlarından biridir.

Gülsüm Biləndərli bildirir ki, o hər zaman şagirdlərini pozitiv ruhda tərbiyə edib.

Təhsil eksperti Almaz Həsrət isə bildirir ki, müəllimin hərəkətində hansısa tənqid olunacaq bir məqam yoxdur.

Mütəxəssisin sözlərinə görə əslində həmin video ilə bağlı tənqid olunacaq şəxs başqasına aid məsələni ictimailəşdirən adamdır..

Onu da qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılandan sonra bir sıra şəxslər Gülsüm Biləndərlinin sosial şəbəkə səhifəsinə daxil olaraq ona dəstəklərini ifadə ediblər.

Həmçinin oxuyun

Bu şəxslər 3 min manat cərimələnəcək: Qanun təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanunla …