Cümə , Aprel 12 2024
Ana səhifə / Sosial / Mərkəzi Bankın cərimələdiyi qalmaqallı iş adamı məhkəməyə üz tutdu

Mərkəzi Bankın cərimələdiyi qalmaqallı iş adamı məhkəməyə üz tutdu

Mərkəzi Bank “Auto Gallery” maşın salonunun sahibi, iş adamı Elçin Nəcəfova cərimə yazıb.

Elçin Nəcəfov İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə edilib.

Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslərin isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elmin Nəcəfov Mərkəzi Bankın qərarı ilə razılaşmayaraq şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Anar İbadzadə iş üzrə hakim təyin edilib.

Elçin Nəcəfov bir müddət ailə münqaişəsi ilə gündəmə gəlmişdi. Onun keçmiş həyat yoldaşı və ailəsi ölkə rəhbərliyinə müraciət edərək məhkəmə qərarlarının icra olunmadığı bildirmişdi. Bu məsələ Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişində də müzakirə olunmuşdu./Qaynarinfo/

Həmçinin oxuyun

Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib – VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.Belə bir halla paytaxt sakini …