Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Sosial / Mərkəzi Bank tikinti şirkətinə cərimə yazdı

Mərkəzi Bank tikinti şirkətinə cərimə yazdı

“City construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430-cu (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Həmçinin oxuyun

Saxta qızılla bağlı şikayətlər artır: Fərqi necə anlaya bilərik? – VİDEO

Qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır. Xezerxeber.az-ın məlumatına görə, bu hal son zamanlar ölkənin əmtəə …