Ana səhifə / Sosial / Mərkəzi Bank Nazim Bəydəmirlinin holdinqinə cərimə yazdı

Mərkəzi Bank Nazim Bəydəmirlinin holdinqinə cərimə yazdı

“Baydamirli Holding” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

İş Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin icraatındadır.

Qeyd: MMC-nin qanuni təmsilçisi hazırda həbsdə olan sabiq deputat Nazim Bəydəmirlidir.

Həmçinin oxuyun

Pensiya və müavinətlər nə qədər artacaq?

Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr …