Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Sosial / Mərdəkan çimərliklərində gördüklərimiz – FOTOLAR

Mərdəkan çimərliklərində gördüklərimiz – FOTOLAR

Məlum olduğu kimi, ölkədəki sərt karantin rejiminin yumuşalması çərçivəsində əhaliyə çimərliklərdən istifadə üçün də icazə verildi. Bu da həftə sonlarına təsadüf edən – dünən və bu gün çimərliklərdə ciddi sıxlığın müşahidə olunması ilə nəticələnib.

Aydındır ki, infeksiyanın yoluxması risqlərini aradan qaldıran tədbirlərə riayət olunmaması yoluxma sayını artıra bilər. Paytaxt çimərliklərində real vəziyyətin təsfir etmək üçün reportyor qrupumuz Mərdakan qəsəbəsindəki çimərliklərdə olub.

Qeyd edək ki, havanın isti keçməsi səbəbindən çimərliklərə gələnlərin sayında çoxluq müşahidə olunur. Dəniz sırasındakı  ilk çimərliyə müraciət etdik. Elə girişdə xüsusi geyimdəki könüllüləri gördük. Söhbət zamanı məlum oldu ki, onlar qapıdan içəriyə buraxılan adam və maşınların sayını qeydiyyata alırlar. Bu da

çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbulu üçündür. Artıq saat 13 radələrində bir neçə çimərlikdə kvotanın dolduğunu əsas gətirən rəhbərlik gələn vətəndaşlara digər yerlərə müraciət etməyi məsləhət gördülər.

Çimərliklər sırasında olan “Xəzri” adlı məkanda yerin olduğunu bildirirlər. Daxil olduq. Girişdə bir neçə maarifləndirici plakatlara rast gəldik. Həmin plakatlarda ailə üzvləri istisna olmaqla vətəndaşlar arasında ara məsafəsinin saxlanması tövsiyyə olunur. Çimərliyin bir neçə yerində quraşdırılan dirəklərdə dizenfeksiyaedici məhlul quraşdırılıb.  Həmin dirəklərin bəzilərində məhlulun qurtardığını gördük və çimərlik rəhbərliyinə iradımızı bildirəndən sonra, dərhal lazımi məhlulu əlavə etdilər. Əhaliyə ara məsəfasinin gözlənilməsi tələblərinə uyğun olan məsafədə yerləşən “besedkalar”da istirahət təklif edilir. Qiymətlər dənizə yaxınlıq məsafəsindən asılı olaraq 20-30 manat arasında dəyişir. Bu qiymətə çətir, stol və adam sayına uyğun stullarla təmin olunma daxildir. Sözügedən çimərliyin Turan adlı adminstratoru ilə söhbət etdik. O, bildirdi ki, çimərliyin fəaliyyətinə icazə verilsə də, pandemiya şəraitinə uyğun şəkildə fəaliyyət göstərirlər: ” İnsanların say kvotasına əməl olunur. Dənizdə çimənlər arasında məsafənin saxlanması üçün, xüsusi zolaqlar yaradılıb. Həmin zolaqlarda yalnız lazım olan sayda adamın çimməsinə nəzarət olunur. Kvota dolduqdan sonra qapıdan içəri kimsə buraxılmır”.

Bütün çimərliklərdə asayişə nəzarət edən polis patrullarına da rast gəldik.

Çimərlik rəhbərliyi bildirdi ki, sakinlər çimerlik.az saytına müraciət etmədən çimərliklərə getməsinlər, bu sıxlıq və təhlükə yaradır.

Məlumdur ki, Bakıda kifayət qədər çimərlik var. Yaxşı olar ki, vətəndaşlar təhlükəsizlik baxımından daha az adam olan çimərliklərə istirahət üçün müraciət etsələr yaxşı olar.

Ancaq çimərlikdə olan insanlar arasında apardığımız sorğu göstərir ki, heç də hər kəs çimərliyə gəlməzdən öncə çimerlik.az saytı ilə əlaqə saxlamayıb. Kimisi bu saytdan ümumiyyətlə xəbərsizdir, kimisi bunun o qədər də vacib olmadığını deyir. Ancaq vəziyyət göstərir ki, nəzarət gücləndirilməsə çimərliklərdə sıxlıq və deməli yoluxma risqləri yenidən çoxala bilər. Gün ərzində Mərdəkan çimərliklərindəki müşahidələrimiz davam edib. Saat 15-dən sonra çimərliyə gələnlərin sayında əhəmiyyətli artım müşahidə olunmağa başlayıb.

Bu gün çimərlikdən çəkdiyimiz eksklüziv fotoları təqdim edirik:

  • “Bakı-Xəbər”, Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Baş Nazirdən şad xəbər: Rüsum ləğv edildi

Nazirlər Kabineti “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda …