Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / “Mənzil bazarında qiymət artımı ilə bağlı yayılan məlumatlar yalandır”

“Mənzil bazarında qiymət artımı ilə bağlı yayılan məlumatlar yalandır”

“Mənzil bazarında qiymət artımı ilə bağlı yayılan məlumatlar yalandır”.

Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.


Ekspert qeyd edib ki, hazırda mənzil bazarında vəziyyət sabitdir, qiymət artımı olsa da yüksək deyil, cari vəziyyətə uyğundur:

“Bir necə gündür ki müxtəlif sosial şəbəkələrdə daşınmaz əmlak bazarında, xüsusən də yeni tikili binalardakı mənzillərdə kəskin qiymət artımının olacağı ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu məlumatı tirajlayanlar daha cox ev alqı-satqısı ilə məşğul olanlar və mənzillərini sata bilməyən bəzi tikinti şirkətləridir ki, buna da səbəb uzun müddətdir ki, əmlak bazarında baş verən durğunluqdur.

Süni formada qiymət artımlarının olacagı ilə bağlı edilən paylaşımlar alıcı sayını artırmağa xidmət edir. Əslində isə hazırda təlabat və qiymət artımı daha cox qeyri-yaşayış obyektlərinə və qeyri-yaşayış obyektlərinin tikintisi üçün yararlı olan torpaq sahələrinədir.

Daşınmaz əmlak bazarında qiymət artımı mütəmadi olaraq baş verir, amma səbəbsiz yerə, hər hansısa bir dəqiq tarixdə kəskin qiymət artımının olacağı ilə bağlı paylaşılan məlumatlar tam olaraq yalandır. Və bu cür yalan məlumatlara inanmamaq tövsiyyə olunur”. Musavat.com

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …