Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Mən Kans­le­rin fik­rin­dən bu nə­ti­cə­ni ha­sil et­dim”

“Mən Kans­le­rin fik­rin­dən bu nə­ti­cə­ni ha­sil et­dim”

Ye­ga­nə Ha­cı­ye­va: “Bü­tün bu fak­tor­lar po­ten­sia­lı­mı­zın tam re­al­laş­ma­sı­na ma­ne­çi­lik tö­rə­dir”

Al­ma­ni­ya Fe­de­ra­tiv Res­pub­li­ka­sı­nın fe­de­ral kans­le­ri An­ge­la Mer­ke­lin öl­kə­lə­ri­miz ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nın 25 il­li­yi ilə bağ­lı Pre­zi­dent İl­ham Əli­ye­və gön­dər­di­yi təb­rik mək­tu­bun­da de­yi­lir: “İki­tə­rəf­li əla­qə­lə­ri­miz qə­dim ta­ri­xə ma­lik­dir. İki yüz il bun­dan əv­vəl ilk şvab mü­ha­cir­lə­ri müa­sir Azər­bay­ca­nın əra­zi­sin­də məs­kun­laş­mış­lar. Mü­na­si­bət­lə­ri­mi­zin can­lı və hər­tə­rəf­li ol­du­ğu­nu 2016-cı ilin iyun ayın­da Al­ma­ni­ya­ya et­di­yi­niz sə­fə­ri­niz­lə bir­mə­na­lı ola­raq təs­diq et­di­niz.
Al­ma­ni­ya Si­zin öl­kə­miz ilə sıx əmək­daş­lıq et­mə­yə ha­zır ol­ma­ğı­nı­zı və Av­ro­pa­nın də­yər­lər ic­ma­sı­na qo­şul­maq ira­də­ni­zi al­qış­la­yır. Əmin ola bi­lər­si­niz ki, Al­ma­ni­ya öl­kə­ni­zin mo­dern­ləş­mə­sin­də, de­mok­ra­ti­ya­nın və hü­qu­qi döv­lə­tin in­ki­şa­fın­da eti­bar­lı tə­rəf­da­şı­nız ola­raq qa­la­caq.
Mən əmi­nəm ki, Azər­bay­can bü­tün re­gi­on ki­mi, yal­nız re­gio­nal mü­na­qi­şə­lə­rin həl­lin­dən son­ra tam şə­kil­də po­ten­sia­lı­nı in­ki­şaf et­di­rə bi­lə­cək. Al­ma­ni­ya ATƏT-in Minsk Qru­pu­nun üz­vü ki­mi, gə­lə­cək­də də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin sülh yo­lu ilə həl­lin­də iş­ti­rak edə­cək və həm­sədr­lə­rin səy­lə­ri­ni dəs­tək­lə­yə­cək.
Öl­kə­lə­ri­miz ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nın 25 il­li­yi mü­na­si­bə­ti­lə mən Azər­bay­ca­na sülh, ri­fah, öl­kə­lə­ri­mi­zə isə eti­bar­lı əmək­daş­lı­ğın uğur­lu da­vam et­di­ril­mə­si­ni və ge­niş­lən­di­ril­mə­si­ni ar­zu edi­rəm”.
Mer­ke­lin mək­tu­bun­da ma­raq­lı olan bir fi­kir var. Kans­ler “Azər­bay­can bü­tün re­gi­on ki­mi, yal­nız re­gio­nal mü­na­qi­şə­lə­rin həl­lin­dən son­ra tam şə­kil­də po­ten­sia­lı­nı in­ki­şaf et­di­rə bi­lə­cək” de­mək­lə nə­yə işa­rə et­mək is­tə­yir?
Po­li­to­loq Ye­ga­nə Ha­cı­ye­va qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, Mer­ke­lin mək­tu­bun­da­kı ruh­dan hiss edi­lir ki, on­lar öl­kə­miz­lə əmək­daş­lı­ğa çox ma­raq­lı­dır:

“Mer­kel de­di­yi­niz fik­ri iş­lət­mək­lə bil­dir­mək is­tə­yir ki, Azər­bay­ca­nın qar­şı­sın­da çox cid­di bir prob­lem du­rur və onun həll olun­ma­ma­sı, bü­tün mə­na­lar­da, öl­kə­mi­zin in­ki­şa­fı­na tə­sir edir. Bu­nu biz də bi­li­rik. Bü­tün re­gi­on ki­mi de­dik­də iki nə­ti­cə çı­xar­maq olar. Bi­rin­ci­si, Mer­kel bi­zi re­gio­nun di­gər öl­kə­lə­ri­lə mü­qa­yi­sə edir­sə, bil­mə­li­dir ki, biz hət­ta bu prob­le­min ol­ma­sı­na bax­ma­ya­raq, re­gio­nun ən in­ki­şaf et­miş öl­kə­si­yik. Yox, ya­naş­ma baş­qa cür­dür­sə, yə­ni Azər­bay­ca­nın özü bü­töv bir re­gi­on ola­raq qə­bul edi­lir­sə, bu baş­qa. Tə­bii ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin öz həl­li­ni tap­ma­ma­sı bi­zim da­ha da in­ki­şaf et­mə­yi­mi­zə cid­di tə­sir edir. Biz mü­ha­ri­bə şə­rai­tin­də ya­şa­yan bir öl­kə ki­mi mü­da­fiə­yə bö­yük məb­ləğ­də və­sa­it ayı­rı­rıq. Bu­na məc­bu­ruq. Çün­ki Er­mə­nis­ta­nın yü­rüt­dü­yü iş­ğal­çı si­ya­sət bi­zi bu­na məc­bur edir. Tə­bii ki, bü­tün bu fak­tor­lar po­ten­sia­lı­mı­zın tam re­al­laş­ma­sı­na ma­ne­çi­lik tö­rə­dir. Mən Kans­le­rin fik­rin­dən bu nə­ti­cə­ni ha­sil et­dim”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın