Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Mən belə adamların fikirlərinə münasibət bildirmək istəmirəm” – Erkin Qədirli

“Mən belə adamların fikirlərinə münasibət bildirmək istəmirəm” – Erkin Qədirli

“Avqustun 17-də ABŞ səfirliyi öz qapılarını radikal REAL təşkilatının fəallarına – Rəsul Cəfərova və Erkin Qədirliyə açır. Və onları səfirliyin hansısa sıravi əməkdaşı, hətta ştatlı diplomatı deyil, səfir Robert Sekuta özü qəbul edir.”

Belə bir məqalə ilə çıxış edən jurnalist Eynulla Fətullayev bildirib ki, bəzi səfirliklər ölkəmizdə sabitliyi pozmaq üçün hərəkətə keçiblər. Məhz buna görə müxalifət fəalları ilə son zamanlar intensiv görüşlər keçirilir.

Sekuta ilə görüşdə iştirak etmiş REAL İdarə Heyyətinin üzvü Erkin Qədirli Moderator.az -a açıqlamasında E. Fətullayevin fikirlərini cəfəngiyyat adlandırdı:

“Mən belə adamların fikirlərinə münasibət bildirmək istəmirəm. Çünki bu cəfəngiyatdır. Hərə əlinə qələm alıb bir şey yazacaq, mən də durub buna münasibət bildirəsi deyiləm ki… Siz Eynulladan, bunu ona yazdıranlardan soruşun ki, onun bu yazını yazmaqda məqsədi nədir, nə istəyir o?”

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın