Cümə axşamı , May 23 2024
Ana səhifə / Sosial / “Məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, üç həftədir suyumuz gəlmir”

“Məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, üç həftədir suyumuz gəlmir”

Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Xələfli küçəsinin sakinləri bildirirlər ki, artıq 3 həftədir ərazidə sular kəsilib.
Yeniavaz.com-a məlumat verən sakinlər deyirlər ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) qaynar xətti ilə əlaqə saxlayıb problem barədə məlumat veriblər, lakin faydası olmayıb.
Sakinlərin iddiasına görə, su sözügedən ərazidəki istixanalara yönləndirilir, ona görə də təzyiqi aşağı düşür və onlara gəlib çatmır.
“Suyu məmurların istixanalarına verirlər, təzyiq aşağıya düşür, gəlib bizə çatmır”, – sakinlər bildirirlər.
Məsələ ilə bağlı “Azərsu” ASC-yə ünvanladığımız suallar cavabsız qalıb.

Həmçinin oxuyun

Daha bir klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Gəncə şəhərində yerləşən “İntermedservis” Məhdud Məsuliyyətli Cəmiyyətində ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarı ilə …