Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Məmmədquliyev “qiyamçı diplomatlar” haqda: “Kimsə getmək istəyirsə, qoy getsin”

Məmmədquliyev “qiyamçı diplomatlar” haqda: “Kimsə getmək istəyirsə, qoy getsin”

“Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o, cəzalandırılmalıdır”.

Bunu Trend-ə Azərbaycan xarici işlər nazirlinin müavini Mahmud Məmmədquliyev Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, qanuna dəyişikliklər tamamilə normaldır: “Vəzifənin aşağı salınması, diplomatik rütbədən məhrum etmə cəza tədbiridir. Hər kəs öz işini yerinə yetirməlidir. Diplomatlar haqqında qanuna edilən bu dəyişikliklər ciddi tədbirlərdir, töhmət vermək və vəzifənin aşağı salınması kimi maddələr digər ölkələrin qanunlarında da var”.

Bəzi diplomatların ölkəyə qayıtmaması məsələsinə münasibət bildirən nazir müavini qeyd edib ki, öz ölkəsini sevən adam ölkəyə gəlməli və burada öz narazılığını bildirməlidir: “Əgər kimsə getmək istəyirsə, qoy getsin”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın