Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Sosial / Məktəblilər arasında yoluxma: Dərslər dayandırılacaqmı?

Məktəblilər arasında yoluxma: Dərslər dayandırılacaqmı?

Azərbaycanda iki gün ərzində təhsil müəssisələrində 6 şagird və 8 işçi heyəti koronavirusa yoluxub.

Bu rəqəm Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində COVID-19-la bağlı yaydığı məlumatda öz əksini tapıb.

Nəzərə almaq lazımdır ki, ölkədə ənənəvi təhsilin bərpası ilə əlaqədar yeni qərarlar qəbul edilib. Belə ki, Bakı, Abşeron və Sumqayıtda ibtidai siniflər həftədə 3 dəfə, 5-9-cu siniflər isə həftədə 2 dəfə məktəbə gedəcəkər. Digər şəhər və rayonlarda isə 1-9-cu siniflər həftədə 3 və 5 dəfə təhsil ocağına gedə biləcəklər.

Ölkədə təhsil müəssisələrində yoluxmaların sayı artarsa, rəqəmlərin hansı həddə çatması ənənəvi təhsilin dayandırılacağına səbəb olacaq? Bu suala cavab tapmaq üçün Təhsil Nazirliyinə rəsmi müraciət etdik. Nazirlikdən bildirildi ki, 6 şagird və 8 işçi heyətindən heç biri məktəbdə yoluxmayıb:

“600 000-dən çox şagirdə nisbətdə bu, çox kiçik rəqəmlərdir. Digər tərəfdən həmin şəxslər məktəbdə yoluxmayıb. Yoluxan şagird və müəllimlər müəyyən olunmuş müddətə təcrid edilirlər. Təhsil müəssisəsinin bağlanmasına qərar yerli gigiyena- epidemiologiya mərkəzləri (GEM) ilə razılaşdırılaraq verilir”. /Baku.ws

Məktəblilər arasında yoluxma: Dərslər dayandırılacaqmı?
Məktəblilər arasında yoluxma: Dərslər dayandırılacaqmı?

Həmçinin oxuyun

Sürücü 90-lıq yolda 86 ilə radara düşdü: müəmmalı protokol – VİDEO

Bakı-Qazax avtomagistralında sürət həddi saatda 90-km-dir. amma sürücü saatda 86 km sürət həddi ilə radara …