Ana səhifə / Sosial / Məktəblərin pulsuz dərsliklərlə təmin olunması üçün vəsait ayrılacaq

Məktəblərin pulsuz dərsliklərlə təmin olunması üçün vəsait ayrılacaq

Məktəblərin pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.

Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Təhsilalanların müəyyən qism dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədilə hazırda dərsliyin çap etdirilməsi, həmçinin dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsi təhsilin inkişafında əvəzedilməz rola malikdir.

Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması və təminatı məqsədilə hər il dövlət büdcəsində vəsaitlər nəzərdə tutulur. Təhsil müəssisələrinin təkcə 2023/2024-cü tədris ilində 300-dən çox adda təqribən 8 milyon nüsxə, 2024/2025-ci tədris ilində isə 300-dən çox adda təqribən 7milyon 800 min nüsxə pulsuz dərsliklərlə və metodiki vəsaitlərlə təmin olunması üçün 2023-2024-cü illərdə hər il üçün 21 milyon 500 min manat vəsait proqnozlaşdırılıb.

Həmçinin oxuyun

Bakıda bu yaşayış massivindəki binalar əyilib? – AÇIQLAMA

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə …