Ana səhifə / Sosial / Məktəblərdə koronavirusa daha 7 şagird yoluxdu

Məktəblərdə koronavirusa daha 7 şagird yoluxdu

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bu günə COVID-19-la bağlı məlumat yayıb.

Məlumata görə, sentyabrın 23-də 59 şagirddə hərarət 37 dərəcədən yüksək olub.

Bu gün dörd nəfər işçi heyətdə də 37 dərəcədən yüksək olub. 

Yeddi şagirddə, altı nəfər işçi heyətdə isə koronavirus aşkarlanıb. 

Qeyd edək ki, yeni tədris ili başlayandan bu günədək 112 şagird və 39 nəfər işçi koronavirusa yoluxub.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …