Çərşənbə , Yanvar 19 2022
Ana səhifə / Sosial / Məktəblərdə COVID-ə yoluxma gizlədilir?

Məktəblərdə COVID-ə yoluxma gizlədilir?

Orta məktəb və universitetlərdə yoluxma sayı ilə bağlı artıq heç bir məlumat açıqlanmır. Hansı sinifdə və ya qrupda nə qədər yoluxma olduğu, yaxud karantinə qabağndığı bilinmir. Bu, məqsədli senzuradır, yoxsa koronavirusa yoluxmaya rast gəlinmir?

Yenisabah.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib ki, hazırda təşviş yaradacaq hal yoxdur:

“Narahatlığa əsas görmürük. Qrip hər zaman bu fəsillərdə rast gəlinən xəstəlikdir. Belə olduğu halda təbii ki, xəstə şagird və ya müəllim varsa, bir müddət ya ev şəraitində və ya xəstəxanada müalicə olunur”.

C.Valehovun sözlərinə görə, nə Təhsil Nazirliyi, nə də Operativ Qərargahda təhsil müəssisələrində COVID-19-a yoluxma barədə məlumat yoxdur”.

Həmçinin oxuyun

Ötən il Azərbaycanda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

Ötən il Azərbaycanda yol qəzalarında ölən şəxslərin sayı açıqlanıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq …