Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Sosial / Məişət zorakılığı cinayətlərinin artdığı bölgələr – STATİSTİKA

Məişət zorakılığı cinayətlərinin artdığı bölgələr – STATİSTİKA

ari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 646-sı və ya 4,9 faizi məişət zorakılığı ilə bağlı olub.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 4,7 faiz azdır.

Məişət zorakılığı ilə bağlı cinayətlərin 12,5 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 6,3 faizi sərxoş vəziyyətdə həyata keçirilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 90,6 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 3,6 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,3 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,6 faizi əzab vermə, 1,9 faizi isə digər cinayətlərə aiddir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin sayı 5,2 faiz azalaraq 663 nəfər olub. Onların da 77,1 faizini qadınlar, 1,4 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edir.

Bu cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin sayında Lənkəran iqtisadi rayonu üzrə 1,5 dəfə, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 30,8 faiz, Dağlıq-Şirvan iqtisadi rayonu üzrə 20,0 faiz, Aran iqtisadi rayonu üzrə 11,0 faiz, Bakı şəhəri üzrə 8,7 faiz, Abşeron iqtisadi rayonu üzrə 2,4 faiz azalma, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 2, dəfə, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 37,0 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 30,9 faiz, Quba-Xaçmaz iqtisadi rayonu üzrə isə 7,7 faiz artım müşahidə olunub.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar” haqqınd ŞOK İTTİHAM – Dəhşət…

Aktualxeber.az-ın redaksiyasına şok effekti doğuracaq bir şikayət ərizəsi daxil olmuşdur. Bizə ərizə ilə müraciət edən …