Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Məhkumlar yaşa görə əmək pensiyası alırlar? – CAVAB

Məhkumlar yaşa görə əmək pensiyası alırlar? – CAVAB

Xəbər verdiyimz kimi, bu il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1096,0 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1114,2 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Onların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz artaraq 441,3 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,3 faizinə bərabər olub.

Xatırladaq ki, pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Prezidentin müvafiq sərəncamı ilə 2024-cü ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.

Hər zaman cəmiyyəti bir məsələ dərindən narahat edir, düşündürür. Bu gün Azərbaycanda azadlıqdan məhrum olunmuş vətəndaşlar arasında yaşa görə əmək pensiyası alan şəxslər də var.

Maraqlıdır, məhz onlar əmək pensiyasının hansı formada əldə edirlər?

Bununa bağlı “Cebhe.info”-ya danışan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, bu, üçüncü şəxsə həvalə olunur:

“Məhkum olunmamışdan əvvəl və sonra şəxsə əmək pensiyası təyin olunursa, həmin pensiyanın alınmasını məhkum notarial qaydada hər hansı üçüncü şəxsə həvalə edə bilər”.

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …