Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Sosial / Mədət Quliyevi kim əvəzləyəcək? – İki şanslı namizədin adı hallanır

Mədət Quliyevi kim əvəzləyəcək? – İki şanslı namizədin adı hallanır

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mədət Quliyevdən boşalan rəis vəzifəsinə iki namizəd var.

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, namizədlərdən biri 1 saylı Bakı Istintaq Təcridxanasının rəisi Azər Seyidov, digəri isə Penitensiar Xidmətin rəis müavi Hüseyn Əlixanovdur. Məlumata görə, Azər Seyidov Prezident Administrasiya rəhbərinin müavini Novruz Məmmədova yaxın şəxsdir.

Hüseyn Əlixanov isə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə qudadır. Lakin mənbə bildirir ki, istənilən halda bu məsələdə ədliyyə naziri Fikrət Məmmədovun rəyi nəzərə alınacaq.

Xatırladaq ki, Penitensiar Xidmətin rəisi Mədət Quliyev milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsinə təyin edilib.

mia.az

 

Həmçinin oxuyun

Salyanın keçmiş başçısının “Azəriqaz”a 70 min borcu ortaya çıxdı — İstixanasına GÖRƏ

Salyan rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Tahir Kərimovun “Azəriqaz” İstehsalat Birliyinə 70 min manata …

Bir cavab yazın