Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Mədət Quliyev BQXK-nın keçmiş və yeni rəhbərləri ilə görüşdü

Mədət Quliyev BQXK-nın keçmiş və yeni rəhbərləri ilə görüşdü

 

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Denis Duran ilə görüşüb.

Virtualaz.org saytı Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Şöbəsindən verilən məlumata əsasən bildirir ki, görüşdə nümayəndəliyin yeni rəhbəri xanım Elena Aymone Sessera da iştirak edib.

Dövlət Komissiyasının sədri Mədət Quliyev xanım Denis Duranın Azərbaycanda çalışdığı dövrdə aparılmış birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

O, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə xanım Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Komissiya sədri Mədət Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilmiş görüşlərin və aparılmış müzakirələrin qarşılıqlı faydalı olduğunu söyləyib.

Xanım Denis Duran və xanım Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılmış şəraitə görə Dövlət Komissiyasının sədrinə təşəkkürlərini bildirib.

Xanım Denis Duran Azərbaycanda üç ildən artıq fəaliyyət göstərdiyi müddət ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulamış və bunu yüksək qiymətləndirdiklərini qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın