Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Sosial / Məcburi köçkünlər Bakıda yolu kəsdilər – “Dövlətqaçqınkom”qarşısnda etiraz

Məcburi köçkünlər Bakıda yolu kəsdilər – “Dövlətqaçqınkom”qarşısnda etiraz

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısına toplaşan bir qrup köçkün Binəqədi rayonunda məskunlaşdıqları tikililərin sökülməsinə görə narazılıq ediblər.

Mia.az xəbər verir ki, onlar “Dövlətqaçqınkom”un qarşısındakı yolda nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Komitədən modern.az-a bildirilib ki, Binəqədi rayonundakı H.Babaşov küçəsindəki Təcili Tibbi Yardım Xəstəxanasının yarımçıq binasında məskunlaşmış məcburi köçkün komitəyə gələrək narazılıqlarını bildiriblər.
“Məcburi köçkünlər qeyd ediblər ki, məskunlaşqıları binanda “mənzilləri” uçurulur. Həmin məcburi köçkünlər komitə rəsmiləri tərəfindən qəbul edilib və onlara müvafiq izahatlar verilib. Bildirilib ki, “Dövlətqaçqınkom” tərəfindən heç kimin yaşadığı bina və mənzillər sökülmür”.

Həmçinin oxuyun

Azərbaycanda mobil və sabit internetin sürəti dekabrda azalıb

2020-ci ilin dekabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 31,44 Mbit/s-ə …