Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Lukaşenkodan Bakıya növbəti dəstək, İrəvana təpki

Lukaşenkodan Bakıya növbəti dəstək, İrəvana təpki

Belarus prezidenti erməni səfiri pərt etdi; “İnanmıram ki, Qarabağda insanlar yaxşı və ləyaqətlə yaşayır”, deyən “Batka” Rusiyanın bostanına daş atdı: “Problemi vasitəçilərsiz həll edin!..”

Xəbər verdiyimiz kimi, Ermənistan rəhbərliyi Lapşin fiaskosuna görə Belarusdakı səfiri Armen Xaçatryanı ictimai qınaqlar altında dəyişmək qərarı verib. Səfir cinayətkar bloggerin Bakıya ekstradisiyasını əngəlləmək üçün yetərli diplomatik səylər göstərməməkdə suçlanır. Lakin təzə səfır hələ ki Minskə yollanmayıb. Dünən isə prezident Aleksandr Lukaşenko öz iqamətgahında səfir Armen Xaçatryanı qəbul edib.
Maraqlıdır ki, Ermənistanda az qala, düşmən qismində damğalanan “Batka” erməni səfirlə qısa söhbətində də Azərbaycana ənənəvi isti münasibətini gizlətməyib. Bununla da o, erməni tərəfini, rəsmi İrəvanı, erməni səfirin timsalında növbəti dəfə, yumşaq desək, məyus və pərt edib. Eyni zamanda vasitəçı dövlət sayılan Rusiyanın bostanına daş atmaqdan da çəkinməyib.
Musavat.com-un Belarus prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfirlə söhbətdə A.Lukaşenko öncə bildirib ki, Azərbaycan və Ermənistan danışıq masası arxasına oturmalı və Dağlıq Qarabağ məsələsini vastəçilərsiz həll etməlidir.
“Ermənilər üçün də, belaruslar üçün də kəskin problemlər mövcuddur. Götürək, Dağlıq Qarabağ ixtilafını. Sizə açıq deyəcəyəm: bu, bizim məsələ deyil, mənim problemim deyil. Bizlik orada heç nə yoxdur. Münaqişə tərəfləri var və onlar bundan çıxış yolu tapmalıdır. Ancaq nə vaxt ki, məndən Ermənistan prezidenti və ya Ermənistanda, yaxud Azərbaycanda bu haqda soruşurlar, harda olmağımdan asılı olmayaraq, mənim mövqeyim birdir: insanlar ləyaqətlə yaşamalıdır. Mən inanmıram ki, indi Qarabağda adamlar yaxşı və ləyaqətlə yaşayırlar”, – deyə Belarus prezidenti qeyd edib.
Lukaşenko sözünə davam edərək deyib: “Ona görə də bizim mövqeyimiz birmənalıdır: Azərbaycan və Ermənistan danışıq masası arxasına oturmalı və Dağlıq Qarabağ məsələsini vasitəçilər olmadan həll etməlidir. Əgər onlar hansısa variantı seçsələr, qoy bunu ikilikdə etsinlər. Bu gün bu problemi yoluna qoymaq üçün belə bir məqam var”.
Onun sözlərinə görə, “insanların həlak olduğu və müflisləşdiyi bir vaxtda siyasətdə bu kartla oynamaq olmaz”. “Dünyadakı bütün konfliktlərlə bağlı bizim sarsılmaz mövqeyimiz belədir – istər Ukrayna olsun, istərsə də Dağlıq Qarabağ” – Belarus lideri sonda əlavə edib.

Image result for Lukaşenko Lapşin
***
Göründüyü kimi, Belarus prezidenti Qarabağ probleminin uzanmasına görə əslində işğalçı Ermənistanı qınayıb. Çünki Rusiyanın arxasında gizlənib barışmaz mövqe tutan, Rusiyanın vasitəçiliyindən sui-istifadə edən tərəf məhz Ermənistandır. Lukaşenko isə məsələnin ədalətli həlli üçün ümumiyyətlə, vasitəçilərə ehtiyac görmür. Həmin vasitəçilərin başında da Rusiya gəlir.
Belarus lideri bununla haqlı olaraq, diqqətə çatdırmaq istəyir ki, Dağlıq Qarabağ probleminin Rusiya kimi vasitəçilərlə həlli daha qəliz olacaq, nəinki vasitəçlərsiz. Bu da məntiqlidir, ona görə ki, hər bir vasitəçi dövlət münaqişənin həllində ən əvvəl öz maraqlarından çıxış edir. Rusiyanın timsalında bunu on illərdir müşahidə etmirikmi?

Image result for Lukaşenko Lapşin
Bu xüsusda “Batka”nın Dağlıq Qarabağda faktiki girov kimi yaşayan dinc erməni əhalisinin miskin durumunu xatırlatması da təsadüfi deyil. Bununla o, Azərbaycana qarşı əsassız torpaq iddialarının erməni xalqına nə bəxş etdiyini səfirin nəzərinə çatdırmağa çalışıb.

Image result for Lapşin
Lapşinin Bakıya ekstradisiyasının ardınca Belarus prezidentinin belə bir tövr sərgiləməsi, erməni səfirinə bu şəkildə siyasət dərsi keçməsi şübhəsiz ki, Bakıya ünvanlı daha bir xoşməramlı jest, reverans, rəsmi İrəvanı isə qıcıqlandıracaq bir gedişdir.
Yada salaq ki, A.Lukaşenko yəhudi blogger Lapşinin Azərbaycana ekstradisiyası məsələsində Rusiyanın və onun yüksək çinli rəsmilərinin (xarici işlər naziri Sergey Lavrov, XİN sözçüsü Mariya Zaxarova, Rusiyanın ombudsmanı Tatyana Moskalkovanın) xahiş-tələblərini rədd edərək, Bakının xahişini yerinə yetirmişdi. Erməni səfir Xaçatryan isə özünə bəraət şəklində bəyan etmişdi ki, “Lapşin məsələsində Lavrovun, Netanyahunun sözü keçərli olmadısa, mən kiməm ki?..”
Siyasət şöbəsi

 

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın