Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Lukaşenko kömək dalınca İlham Əliyevin yanına gəlir

Lukaşenko kömək dalınca İlham Əliyevin yanına gəlir

Keçən həftə məlum oldu ki, Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana səfərə gələcək. Rəsmi mənbələrdən məlum olan yalnız budur ki, səfər zamanı ikitərəfli əməkdaşlığın genişlənilməsinə yönəldilmiş bir sıra sənədlərin və razılaşmaların imzalanacağı gözlənilir.

Bununla belə, Belarus KİV-i Belarus və Azərbaycan arasında münasibətlərin xüsusi səviyyəsini qeyd edir və vurğulayır ki, Lukaşenkonun Bakı səfəri, regionda və dünyada yaranmış iqtisadi və geosiyasi vəziyyət nəzərə alınmaqla, böyük əhəmiyyətə malikdir.

Virtualaz.org-un məlumatına görə, beynəlxalq hüquq mütəxəssisi, analitik Andrey Fyodorov Belarus KİV-inə müsahibəsində xatırladıb ki, Minsk üçün çətin anlarda, 2010-cu ildə məhz Azərbaycan prezidenti İlham Əliyev Belarusa yardım əli uzatdı və Rusiya qazına görə hesabları bağlamaq üçün ona 200 milyon dollar borc verdi.

Analitikin sözlərinə görə, həmçinin rəsmi Minsk indi Moskvaya göstərməyə çalışır, ki, Rusiya neftinə alternativ axtarır.

“Bundan başqa, bizim Azərbaycanla hərbi işlərimiz də var. Mən silah satışını nəzərdə tuturam. Hərçənd bu haqda çox az şey məlumdur”, – deyə Andrey Fyodorov vurğulayıb.

Ekspert xatırladıb ki, Belarusun Azad Ticarət Zonası və Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatında tərəfdaşı olduğu Ermənistanda onun Azərbaycanla əlaqələrinə kifayət qədər əsəbi reaksiya verilir: “Belarusla Ermənistan arasında əmtəə dövriyyəsi cəmi bir neçə on milyon təşkil edir, halbuki Azərbaycanla bu, yüz milyonlarla qiymətləndirilir. Başqa sözlə, iqtisadi maraqlar əməkdaşlıq borcundan daha güclü və mühümdür”.

Ekspert ondan ehtiyatlanır ki, Azərbaycanla Belarusun əməkdaşlığı Kremldə narazılıq doğura bilər: “Moskva özü Yerevanın narazılığına əhəmiyyət vermədən Bakı ilə kifayət qədər sıx əlaqələr qurur. Rusiya “həm sizinkilərə, həm də bizimkilərə” prinsipi ilə hərəkət edir. Bu mənada, Kremlin Minskə heç bir iddiası ola bilməz”.

Eyni zamanda iqtisadçı Leva Marqolin güman edir ki, Belarus üçün Azərbaycanda maraq doğuran yalnız neft ola bilər: “Amma Azərbaycan nefti istənilən halda Rusiya neftindən baha olacaq”.

O xatırladır ki, bu gün Rusiyadan çatdırılan neftin həcmi azalıb və Belarus hakimiyyəti vəziyyətdən çıxış yolu tapmağa çalışır.

“Bu qərarın qəbulunda məqsədlərdən biri də Rusiyaya onu göstərməkdir ki, ona qarşı, necə deyərlər, işığı pazla birləşdirmək cəhdi alınmadı. Amma o da həqiqətdir ki, Azərbaycanın və ya başqa birisinin çatdıracağı neft milyon tonlarla Rusiya neftini, hansı ki, Belarus artıq ala bilməyəcək, əvəz etməyəcək. Ona görə də bu təmiz siyasi jestdir”, – deyə iqtisadçı əminliklə vurğulayıb.

Ekspert həmçinin istisna etməyib ki, öz səfəri zamanı Lukaşenko Əliyevdən borca pul götürməyə cəhd edəcək.

“Neftin dünya qiymətlərinin düşməsinə baxmayaraq, Azərbaycan bu gün kredit vermək iqtidarındadır”, – deyə Leva Marqolin sonda vurğulayıb.

Virtualaz.org

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın