Cümə , Fevral 23 2024
Ana səhifə / Sosial / Lökbatanın bəzi küçələri su içində – VİDEO

Lökbatanın bəzi küçələri su içində – VİDEO

Lökbatan qəsəbəsinin 20 Yanvar, Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində yaranan böyük gölməçələr yolları keçilməz edib.

Sakinlər bildiriblər ki, nə uşaqlar məktəbə gedib-gələ bilir, nə də özləri bu yollardan istifadə edə bilirlər. Bu azmış kimi təcili yardım çağıranda belə əraziyə maşın gəlmir.

Həmçinin yağış yağanda ərazidən keçmək mümkün olmur.

Sakinlərin illərdir əziyyət çəkdiyi problemlə bağlı Qaradağ rayonunun Lökbatan qəsəbəsi bələdiyyəsindən bildirilib ki, 20 Yanvar küçəsində asfaltlanma işləri aparılır.
Bu işlər başa çatdıqdan sonra Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində də asfaltlanma işlərinə başlanılacaq.

Ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Hər gün üçün 11 manat pul: Yeni rüsumlar təsdiqləndi – VİDEO

12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir. Söhbət xəstəxanada pasiyent yanında …