Bazar , Yanvar 24 2021
Ana səhifə / Sosial / Limitə görə qaz sayğacları nə zaman sıfırlanır? – Açıqlama

Limitə görə qaz sayğacları nə zaman sıfırlanır? – Açıqlama

Hazırda əhalini narahat edən məsələlərdən biri də yeni ilin ilk günündən etibarən təbii qazın istehlakı ilə bağlı 1700 kubmetrlik limitin tətbiq olunmasıdır. Belə ki, Tarif Şurasının qərarına əsasən ötən ildən etibarən hər il əhaliyə satılan qazın 1700 kubmetri 10 qəpikdən, qalan hissəsi isə 20 qəpikdən hesablanmalıdır.

Lakin bəzi abonentlərdən “Yeni Müsavat”a daxil olan şikayətə görə , yeni ildə smart karta yüklədikləri məbləğ 20 qəpikdən hesablanıb. Bəs görəsən, yanvarın 1-dən etibarən yeni limitin tətbiq olunması hansı texnologiya aparılır və burada yaşanan problemlərin səbəbi nədir?

“Yeni Müsavat”ın sualını cavablandıran “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, hazırda limitlərin sıfırlanması ilə bağlı heç bir problem yoxdur: “Ümumiyyətlə, abonentlərdə belə bir problem yaşanmır. Əgər kiminsə fərdi olaraq şikayəti varsa, bizə müraciət edib abonent kodunu, sayğacın nömrəsini göndərsə, araşdırıb  ona tam dəqiq cavab verə bilərik. Tarif Şurasının 22 dekabr tarixli 19 nömrəli qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır. Nəzərinizə çatdırıram  ki, 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də yanvar ayının 1-dən etibarən əhali istehlakçıları üçün  illik istehlak həcmi 1700 kubmetrə, yəni 170 manata  qədəri 10 qəpik tarifi ilə,  1700 kubmetrdən artığı isə 20 qəpik tarifi ilə hesablanacaq”.

İbrahim Kərbəlayev ile ilgili görsel sonucu

Limitlərin sıfırlanması texnologiyasına gəlincə, İbrahim Kərbalayev bildirdi ki, elektron tipli məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 1 yanvar 2018-ci il tarixdən başlayaraq, smartkartla aparılan ilk ödəniş əməliyyatından etibarən  tətbiq olunur: “Biz ”Azəriqaz” İB olaraq bu haqda məlumat vermişik ki, əhali maariflənsin”.

İ.Kərbalayev onu da qeyd etdi ki, əhalinin  istehlak etdiyi təbii qazın monitorinqi aparılıb və məlum  olub ki, mexaniki qaz sayğacları ilə təmin olunan abonentlərin 20 faizi ayrılmış limiti keçib: “Ona görə də, “Azəriqaz” İB istifadə olunmuş təbii qazın uçotunun aparılması və istehlakçıların məlumatlandırılması məqsədi ilə yenidən bildirir ki, dekabr ayının sonundan etibarən 2017-ci il üçün nəzərdə tutulmuş limit başa çatdırılıb, 2018-ci il üçün olan limitin hesablanmasına start verilib”.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …