Bazar , Noyabr 28 2021
Ana səhifə / Sosial / Leysan yağacaq, dolu düşəcək – Sabaha olan hava proqnozu

Leysan yağacaq, dolu düşəcək – Sabaha olan hava proqnozu

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 14-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 17-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 16-21, dağlarda gecə 2-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 17-si günün ikinci yarısından aprelin 19-dək Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizidir.

Həmçinin oxuyun

Bakıda mənzillərə istilik niyə tam verilmir? – AÇIQLAMA

Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir. Bu barədə Trend-ə açıqlama verən …