Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / Sosial / Leysan, dolu, sel – HAVA XƏBƏRDARLIĞI

Leysan, dolu, sel – HAVA XƏBƏRDARLIĞI

Sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

VIPedu.BIZ

Həmçinin oxuyun

Sosial şəbəkələr şəxsiyyətin deqradasiyasına səbəb olur

Alimlər müəyyən ediblər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə edənlər, xüsusən müxtəlif şəkillər və şelfi …