Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Sosial / Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu

Leyla Əliyevanın dəstəyi ilə rəssam tələbə əlil arabasından qurtuldu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, birinci qrup əlil Cavid Həsənli əməliyyat olunaraq əlil arabasından qurtulub. 

“Qafqazinfo” xəbər verir ki, Cavid Həsənlinin xəstəliyi 7 yaşından başlayıb və orta təhsilini evdə tamamlayıb. 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisası üzrə qəbul olunub. 3-cü kursda oxuyarkən səhhəti ağırlaşıb və təhsilini yarımçıq qoymaq təhlükəsi ilə üzləşib. Əməliyyat üçün tələb olunan böyük məbləği ödəmək imkanında olmayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə bir il ərzində Bakıda müxtəlif xəstəxanalarda 4 dəfə əməliyyat olunub və nəhayət, əlil arabasından xilas olub.

Təhsilini davam etdirmək imkanı qazanan Cavid Həsənli artıq məzun olacaq.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …